EN

ABŞ Rusiyanın neft və qazının əhəmiyyətini daha yaxşı anlamağa başlayır -Kirill Dmitriev

ABŞ qlobal sabitlik üçün Rusiyanın neft və qazının əhəmiyyətini daha yaxşı anlamağa başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriev Vaşinqtonda keçirdiyi görüşlərin yekununa dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfər Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə baş tutub və ABŞ-də Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun rəhbərləri ilə görüş keçirilib.

Dmitriyev qeyd edib ki, görüş zamanı tərəflər sanksiya siyasətinin effektiv olmadığını müzakirə ediblər. Onun fikrincə, ABŞ-də Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin dağıdıcı xarakter daşıdığı və enerji resurslarının dünya iqtisadiyyatında əsas rol oynadığı ilə bağlı anlayış formalaşmağa başlayır.

Aytəkin TOFİQQIZI

Chosen
51
1
redaktor.az

2Sources