EN

AL: 1/8 final oyunları başlayır

UEFA Çempionlar Liqasının ardından Avropa Liqasında da 1/8 final mərhələsinin ilk oyunları start götürür.

Fanat.Az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq və 4 görüş saat 21:45-də, qalan yarısı isə gecəyarısı başlayacaq. 

"Lill", "Ştutqart", "Bolonya", və "Panatinaikos" daha erkən ev oyununa çıxacaqsa, "Olimpik Lion", "Midtyullann", "Frayburq", "Braqa" səfərdə mübarizə aparacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 19-da olacaq.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart

21:45. "Lill" (Fransa) – "Aston Villa" (İngiltərə)

21:45. "Ştutqart" (Almaniya) – "Portu" (Portuqaliya)

21:45. "Bolonya" (İtaliya) – "Roma" (İtaliya)

21:45. "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya)

00:00. "Selta" (İspaniya) – "Olimpik Lion" (Fransa)

00:00. "Nottingem Forest" (İngiltərə) – "Midtyullann" (Danimarka)

00:00. "Genk (Belçika) – "Frayburq" (Almaniya)

00:00. "Ferentsvaroş" (Macarıstan) – "Braqa" (Portuqaliya)

Chosen
109
2
fanat.az

9Sources