EN

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı OLDU

Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub. Danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Bizim.Media

Chosen
65
15
bizim.media

10Sources