EN

Arıqlama dərmanının GİZLİ TƏHLÜKƏSİ: Sümüklər 150% daha tez YUMŞALIR

“Ozempic” sümükləri sıradan çıxarır, arıqlama dərmanının yeni qorxulu fəsadı üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Arıqlamaq üçün dünyada geniş populyarlıq qazanmış “Ozempic” və digər GLP-1 tipli preparatlar artıq “möcüzəvi vasitə” statusunu itirməyə başlayıb.

Aparılan yeni elmi araşdırmalar göstərir ki, bu növ dərmanlar insan skeletini kövrək hala gətirərək sümükləri faktiki olaraq ovur.

Məlumata görə, bu vaxta qədər pasiyentlərin şikayət etdiyi adi qarın ağrıları və qəbizlik kimi yan təsirlərin siyahısına artıq daha ağır patologiyalar əlavə olunub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bu preparatların qəbulu sümük əriməsi (osteoporoz) riskini 30% artırır.

Bundan əlavə, sümüklərin yumşalması kimi tanınan osteomalyasiya ilə bağlı statistika daha qorxuludur.

Bildirilir ki, bu dərmanların təsiri ilə sümüklər normadan 150% daha sürətlə yumşalır. Bu isə skeletin dayanıqlığını itirməsinə və sümüklərin asanlıqla qırılmasına münbit şərait yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
66
interpress.az

1Sources