EN

Bolqarıstan 620 milyon dollarlıq raket sistemi alacaq

Bakı. Trend:

Bolqarıstan Qara dəniz sahillərinin müdafiəsini gücləndirməkməqsədilə ABŞ istehsalı olan sahil müdafiə raket sistemləri almağahazırlaşır.

Trend xəbər verir ki,sövdələşmənin ümumi dəyəri təxminən 620 milyon dollar təşkiledir.

Məlumata görə, söhbət “Naval Strike Missile” sahil müdafiəsistemindən gedir. Bu yüksəkdəqiqlikli raketlər dənizdəki müxtəlifhədəfləri – kiçik gəmilərdən tutmuş iri hərbi freqat və esmineslərəqədər – uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulub.

Silah paketinə raketlər, mobil buraxılış qurğuları, idarəetmə vərabitə sistemləri, təlim avadanlığı, ehtiyat hissələri və texnikixidmət də daxildir. Yeni kompleksin Bolqarıstanın Qara dənizsahillərinin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracağıbildirilir. Bu addım NATO-nun şərq cinahının gücləndirilməsisiyasəti çərçivəsində atılır. Qara dəniz regionunda təhlükəsizlikmühitinin dəyişməsi fonunda alyans üzvü olan ölkələr müdafiəimkanlarını artırmağa çalışırlar.

Qeyd olunur ki, yeni raket sistemi Bolqarıstanın sovet dövründənqalan köhnə sahil müdafiə komplekslərini mərhələli şəkildə əvəzetməli və ölkənin dəniz təhlükəsizliyini gücləndirməlidir.

Chosen
42
1
az.trend.az

4Sources