EN

İran Tehranda iki İsrail PUA-sını vurub

BAKI, 12 mart. TELEQRAF

İranın hava hücumundan müdafiə qüvvələri paytaxt Tehran üzərində İsrailə məxsus iki pilotsuz uçuş aparatını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, İranın hava hücumundan müdafiə sistemləri Tehran səmasında İsrail istehsalı olan “Heron TP” tipli iki pilotsuz uçuş aparatını aşkarlayaraq zərərsizləşdirib.

“Bir neçə dəqiqə əvvəl ordunun hava hücumundan müdafiə qüvvələri Tehran səmasında iki ‘Heron TP’ pilotsuz uçuş aparatını vurub”, - deyə İran ordusunun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, “Heron TP” İsrail istehsalı olan uzunmənzilli pilotsuz uçuş aparatıdır və əsasən kəşfiyyat məqsədilə istifadə olunur.

Chosen
55
teleqraf.com

1Sources