EN

“Arsenal” son dəqiqələrdə məğlubiyyətdən qurtuldu

Almaniyanın “Bayer” və İngiltərənin “Arsenal” klubları arasında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatıb.

"Unikal" xəbər verir ki, görüş Leverkuzen şəhərində keçirilib.

Matçda hesabı 46-cı dəqiqədə “Bayer”in futbolçusu Robert Andrix açıb. Qarşılaşmanın 89-cu dəqiqəsində isə “Arsenal”ın hücumçusu Kay Haverts penaltidən dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Komandalar arasında cavab oyunu martın 17-də Londonda keçiriləcək.

Chosen
82
unikal.az

1Sources