Televiziya verilişlərinin uşaqların və gənclərin psixologiyasına, eləcə də milli-mənəvi dəyərlərə təsiri cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir. Bu təsirin həm müsbət, həm də mənfi tərəfləri ola bilər.
Â
Uşaq inkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyevanın QHT.az-a verdiyi açıqlamada bildirib ki, uşaqlar və yeniyetmələr gördüklərini tez mənimsədikləri üçün televiziya məzmunu onların davranışına ciddi təsir göstərir. Aqressiya və zorakılıq səhnələri ilə zəngin olan bəzi verilişlər uşaqlar arasında aqressiv davranışların formalaşmasına səbəb ola bilər.
Â
Bəzi proqramlarda real olmayan həyat tərzinin – lüks həyatın və süni münasibətlərin normallaşdırılması gənclərdə narazılıq və özünü dəyərsiz hiss etmə kimi psixoloji problemlər yarada bilər.
Â
Mütəxəssis qeyd edir ki, bu gün geniş yayılan şou və qalmaqal üzərində qurulan proqramlar emosional sabitliyə və davranış modelinə mənfi təsir göstərə bilir. Uşaqlar və gənclər verilişlərdə gördükləri dil üslubunu, geyim tərzini və davranış formalarını tez-tez təqlid edir, bəzən isə məsuliyyətsiz və səthi münasibətləri normal qəbul etməyə başlayırlar.
Â
Onun sözlərinə görə, bəzi proqramlar yerli mədəniyyət və ənənələrdən uzaq həyat tərzini təbliğ edir, ailə dəyərləri, böyüyə hörmət və məsuliyyət kimi milli-mənəvi prinsipləri arxa plana keçirə bilir. Bu isə cəmiyyətdə milli-mənəvi dəyərlərin zəifləməsinə səbəb ola bilər.