EN

Qətər XİN: İranın Fars körfəzinin ərəb ölkələrinə hücumları münasibətlərə zərər vurur

İranın Fars körfəzinin ərəb ölkələrinə hücumları region dövlətləri ilə münasibətlərə ciddi zərər vurur.

"Report" xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) dövlət naziri Məhəmməd əl-Xüleyfi "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, region ölkələri İranın düşməni deyil, lakin Tehran raket zərbələri endirməyə, o cümlədən Qətər ərazisinə zərbələr vurmağa davam edir.

"Bu, İrana heç bir fayda gətirmir və əslində uzunmüddətli tarixi münasibətlərə böyük zərər vurur", - diplomat bildirib.

Əl-Xüleyfi vurğulayıb ki, Qətər son anadək müxtəlif diplomatik kanallar vasitəsilə böhranı dayandırmağa və müharibənin başlamasının qarşısını almağa çalışıb.

O, həmçinin zərbələrin hədəf spektrinin genişlənməsindən narahatlığını ifadə edib. Məhəmməd əl-Xüleyfinin sözlərinə görə, son günlər bu zərbələr energetika, aviasiya və ticarət obyektləri daxil olmaqla mülki infrastruktura təsir etməyə başlayıb.

Eyni zamanda, Məhəmməd əl-Xüleyfi qeyd edib ki, Doha İran ətrafındakı münaqişənin diplomatik və sülh yolu ilə həllinə çağırmağa davam edir.

Chosen
54
far.az

1Sources