EN

Bakıda 60 manata əl enerjisi ilə “müalicə” izdiham yaratdı – VİDEO

Bakıda bu günlərdə “Bİ ES VİP” estetik klinikasında izdihamlı anlar yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.

Bir xəstəni 60 manata müalicə edən İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir.

Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.

Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib. /Qaynarinfo/

Chosen
71
9
nocomment.az

10Sources