EN

“Avroviziya” təmsilçimiz və ifası ilə bağlı tənqidlərə rəsmi münasibət

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya 2026" təmsilçimiz JIVA və onun oxuduğu mahnı ilə bağlı açıqlama yayıb.​

Milli.Az-ın məlumatına görə, açıqlamada bildirilib ki, Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib:

"Seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə "Səs Azərbaycan" layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb.

Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən "Avroviziya"nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baxımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib".

Qeyd edək ki, 70-ci "Avroviziya" Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək və canlı şoular 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.

Milli.Az

Chosen
62
5
milli.az

8Sources