EN

Xəbəri olmadan adına kreditlə 6 min manatlıq məişət texnikası götürülübVİDEO

Vətəndaşın özünün xəbəri olmadan adına onlayn formada məişət texnikaları sifariş verilib. Həm də düz 6 min manatlıq.

Xezerxeber.az-ın məlumatına görə, belə bir iddianı paytaxt sakini Şahmar Niftəliyev edir.

''Xəzər Xəbər''ə müraciət edən şəxsin iddiasına görə, məişət texnikası satılan mağazalar şəbəkələrindən birindən ona zəng gəlib ki, onlayn formada aldığı məhsulların ödənişini 3 aydır gecikdirib.

Bundan narahat olan Şahmar Niftəliyev həmin mağazalar şəbəkəsinin baş ofisinə gedib. Orada problemli kreditlər şöbəsindən bildiriblər ki, məhsullar onlayn formada sifariş verilib və ünvana da çatdırılıb.

Şahmar Niftəliyev həm də ona görə narahatdır ki, ödəniş olunmadığı üçün məhkəmə vasitəsi ilə onun ölkədən çıxışına qadağa qoyula bilər. Şikayətçi həmin məsələ ilə bağlı polisə də məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli ''Xəzər Xəbər''ə bildirdi ki, aidiyyəti hüquq-mühafizə orqanının əməkdaşları ilə birgə araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
40
5
xezerxeber.az

6Sources