EN

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb.

Azərbaycanın Dubay şəhərindəki baş konsulluğundan AYNA.AZ-a verilən məlumata görə, xəsarət alan vətəndaşımız bu gün xəstəxanadan buraxılıb. Baş konsulluq vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
6
ayna.az

10Sources