EN

Zelenski hədəf göstərdi Dünya müharibəsi elan olunur?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı jurnalist Kelin Robertsona müsahibəsində Avropanın potensial Üçüncü Dünya müharibəsinə hazır olmadığını bildirib.

Ukrayna lideri sadəcə Şimali Avropa ölkələrinin texnoloji cəhətdən çox inkişaf etdiyini və onların hazır olduğunu söyləyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bir çox ekspert artıq Üçüncü Dünya müharibəsinin başladığını düşünür:

“Mən də bu cür düşünürəm. Bu gün faktiki olaraq dünya savaşı gedir. Sadəcə olaraq ənənəvi qaydada yox, hibrid formada. Əlbəttə, hazırda fərqi regionlarda baş verən hadisələr bir-biri ilə əlaqəlidir, qarşılıqlı təsirlər müşahidə olunur. Bu isə o deməkdir ki, bütövlükdə dünyada ciddi proseslər baş verir, yekunda planetin xəritəsi dəyişəcək.

Bu gün dünyada qütbləşmə sürətlə davam edir. Bu proses bitdikdən sonra Üçüncü Dünya müharibəsinin rəsmi şəkildə elan olunması mümkündür. Avropanın bir çox ölkəsi isə doğrudan da, bu ssenariyə hazır deyil. Yeni dünya savaşı bir çox Avropa ölkəsini çökdürər”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
globalinfo.az

1Sources