EN

Baş nazir: İtaliya İrana qarşı müharibədə iştirak etməyəcək

Romanın ABŞ və İsrail arasında İrana qarşı silahlı qarşıdurmada iştirak etmək planı yoxdur. 
Ölkə.az “Bloomberg”ə istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni Senatdakı çıxışında ölkəsinin vəziyyətin diplomatik yolla həllinə diqqət yetirəcəyini bildirib.

"İtaliya İranda davam edən müharibədə iştirak etmir və etməyəcək", - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, İran böhranı müasir tarixin ən çətin dövrlərindən birinə çevrilib. Meloni milli maraqların birgə səylərlə qorunmasının vacibliyini vurğulayaraq, rəqiblərini birliyə çağırıb. 

Meloni müharibənin yaratdığı enerji böhranından mənfəət əldə edən şirkətlərə qarşı mümkün sanksiyalar barədə xəbərdarlıq edib. 

Mürtəza

Chosen
17
3
olke.az

4Sources