EN

1000 dən çox özbək Amerikadan deportasiya edilib

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident Donald Tramp vəzifəyə başlayandan bəri ABŞ 1000-dən çox Özbəkistan vətəndaşını deportasiya edib. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistandakı ABŞ səfirliyi məlumat verib.Məlumata görə, martın 11-də Özbəkistana daha bir deportasiya uçuşu həyata keçirilib və ölkədə qalmaq üçün qanuni əsası olmayan 72 vətəndaş geri qaytarılıb.Səfirliyin məlumatına görə, bu uçuş ABŞ-ın sərhəd təhlükəsizliyini təmin etmək və qanunsuz immiqrasiya ilə mübarizə aparmaq üçün gördüyü növbəti tədbirlərdən biri olub.ABŞ-a qanunsuz daxil olan şəxslərin həbs və deportasiya cəzasına məruz qala biləcəyi bildirilib. Səfirlik həmçinin qeyd edib ki, deportasiya tədbirlərinin həyata keçirilməsində Özbəkistan hökuməti ilə sıx əməkdaşlıq edir.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
newscenter.az

1Sources