EN

Azərbaycan və Serbiya Baş Qərargah rəisləri regiondakı prosesləri müzakirə ediblər

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.

Bu baerədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
15
apa.az

10Sources