Azərbaycan I Liqasında XVIII tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə bir matç baş tutub.
Açılış oyununda lider "Şəfa" ilə autsayder "Şimal" üz-üzə gəlib. Elgiz Kərəmlinin baş məşqçisi olduğu Bakı komandası Şamaxıda keçirilən oyunda inamlı qələbə qazanıb.
Beləliklə, "Şəfa" xallarını 42-yə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 9-a yüksəldib.
Qeyd edək ki, tura 13 martda yekun vurulacaq.
Azərbaycan I Liqası
XVIII tur
11 mart
“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 58. İ.Əliyev, 89.
