EN

XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib

XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə 12-14 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumuna həsr
olunmuş mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransında Mərkəzin həmsədrləri və idarə heyətinin üzvləri iştirak edərək qarşıdan gələn Forumun əsas mövzuları, proqramı və gözlənilən
nəticələri barədə media nümayəndələrinə ətraflı məlumat veriblər.

Mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri- Latviyanın sabiq
Prezidenti Vayra Vike-Frayberqa, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin, eləcə də Mərkəzin idarə heyətinin üzvləri – Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi, sabiq Baş naziri Zlatko Laqumdziya, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, ExxonMobil şirkətinin sabiq yüksək vəzifəli rəhbəri Cin Badersşnayder, Belçikanın sabiq Baş naziri İv Leterme, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa və Avropa Şurasının sabiq Prezidenti, Belçikanın sabiq Baş naziri Şarl Mişel iştirak ediblər.

Mətbuat konfransı çərçivəsində idarə heyətinin üzvləri XIII Qlobal Bakı Forumunun gündəliyində yer
alan əsas məsələlər, qlobal gündəmin prioritet mövzuları barədə fikirlərini bölüşüblər.

Chosen
36
5
apa.az

6Sources