EN

"Sübut etdik ki, rəqibi dalana dirəyə bilirik" - Eddi Hau

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Barselona" ilə 1:1 hesablı heç-heçə edən "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Yekun nəticəni qəbul etmək (90+6-cı dəqiqədə qol buraxmalarını nəzərdə tutur - red.) çətin idi. Məncə, çox yaxşı oynadıq. Qol fürsətlərimiz o qədər də çox deyildi. Harvi Barnsın qola çevirdiyi epizod bəlkə də ilk real imkanımız oldu.

İnanmalıyıq. Bəlli məsələdir ki, cavab qarşılaşması tam fərqli alınacaq. Amma bu gecə sübut etdik ki, rəqibi dalana dirəməyə qadirik. İndi səfərə yollanmalı və eyni işi görməliyik".

Tərəflərin cavab qarşılaşması martın 18-də reallaşacaq.

ToÄŸrul
 

Chosen
25
1
fanat.az

2Sources