EN

İran - “Kürdüstan” müharibəsi başlayır?

BAKI, 11 mart. TELEQRAF

“Müstəqil Kürdüstan” heç bir Yaxın Şərq dövləti üçün faydalı deyil”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı şərqşünas Vladimir Avatkov deyib.

Ekspert hesab edir ki, bu mərhələdə kürdlərdən “müstəqil dövlət” vədi müqabilində İrana quru hücumu üçün istifadə edilməsi ehtimalı azdır.

“Regionun bir çox ölkəsində - Türkiyə, Suriya, İraq və İranda kürd əhalisi mövcuddur. Bu ölkələrin heç biri öz ərazilərinin parçalanmasına razı olmayacaq. Kürdlərin digər dövlətlərə qarşı, məsələn, İraq kürdlərinin İrana qarşı istifadəsi isə tamamilə real seçimdir”, - o bildirib.

Vladimir Avatkovun fikrincə, kürd məsələsi region üçün həm birləşdirici, həm də bölücü amildir:

“Bu, bir-birinə münasibətdə bölünmə yaradır, amma bütün xarici oyunçulara münasibətdə birləşdirici amildir. Məsələn, Amerikanın kürdlərdən Suriyadakı aktorlara qarşı istifadə cəhdləri bu oyunçuların Amerika təsirinə qarşı birləşməsinə səbəb olmuşdu.

Əlbəttə, bəzi kürdlər ABŞ-nin dəstəyindən faydalanırlar, çünki Vaşinqton əhəmiyyətli təsirə malikdir. Amma hələlik kürdlərin İrana qarşı hərbi əməliyyatlarda iştirakından danışmağın mənası yoxdur”.

Rusiyalı politoloq kürdlərin iştirakının yalnız böyük regional xaosla mümkün olacağına inanır.

Chosen
47
1
teleqraf.com

2Sources