EN

Türkiyə “Patriot”ları bu bölgəyə yerləşdirir FOTO

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İrandan buraxılan raketlərin Türkiyə hava məkanında məhv edilməsindən sonra NATO Türkiyənin təhlükəsizliyini gücləndirmək üçün "Patriot" hava və raket müdafiə sistemi yerləşdirməyə başlayıb.

Məlumata görə, "Patriot" hava və raketdən müdafiə sistemi Almaniyadakı Ramstein bazasından hərbi nəqliyyat təyyarələri vasitəsilə Türkiyəyə daşınır. Bir neçə komponentdən ibarət olan batareyanın hissələri mərhələli şəkildə Malatyaya göndərilir.

Türkiyə Milli Müdafiə Nazirliyi də əvvəllər yaydığı açıqlamada ölkənin hava məkanının qorunması məqsədilə Malatyada "Patriot" hava müdafiə sisteminin yerləşdiriləcəyini bildirmişdi. Nazirlik bölgədə baş verən son hadisələr fonunda sərhədlərin və hava məkanının təhlükəsizliyi üçün lazımi tədbirlərin görüldüyünü və NATO müttəfiqləri ilə məsləhətləşmələrin aparıldığını qeyd edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
azpolitika.info

1Sources