EN

Vərəm yoluxucu xəstəlikdir? - AÇIQLAMA

"Vərəm infeksion xəstəlikdir. Bu xəstəlik xüsusi bir infeksiya vərəm mikobakteriyası tərəfindən yaranır, yəni xəstə insandan sağlam insana keçir və nəticədə xəstəlik əmələ gələ bilər. Hər halda, əlbəttə ki, insan dərhal xəstələnmir, yoluxmadan xəstəliyə keçid üçün müəyyən bir mərhələ olur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova dedi.

Həkim əlavə etdi ki, vərəm prosesi əsasən ağciyərdə yerləşir:

"Çünki dediyim kimi, hava-damcı yolu ilə xəstədən sağlam insana keçdiyi halda ilk növbədə ağciyərdə proses yarana bilər. Ancaq vərəm bir çox orqanı zədələyə bilər. Ən çox rast gəlinən formalardan biri plevranın vərəmidir və xəstədə vərəm mənşəli ekssudativ plevrit yarana bilər. Limfa düyünlərinin vərəmi, sümük vərəmi də mümkündür, yəni hər bir orqanda vərəm prosesi yarana bilər. Əlbəttə ki, ağciyər vərəmını təsdiqləmək daha asandır. Çünki dediyim kimi, vərəm diaqnozu vərəm mikobakteriyasının aşkarlanması ilə başlayır və hər hansı bir orqandan spesifik patoloji material lazımdır ki, həmin materialda törədici aşkarlansın. Daha asan üsul bəlğəm toplamaq və bəlğəmdə mikobakteriyanı aşkar etməkdir. Müasir üsullarla Azərbaycanda da vərəmə görə ən müasir müayinə imkanları mövcuddur və təqdim olunan hər hansı materialdan mikobakteriyanı aşkar etmək, onun həssaslığını müəyyən etmək mümkündür. Bu əsasda vərəm diaqnozu qoyulur və müalicəyə başlanır".

Nuriyyə NATİQQIZI

Chosen
23
redaktor.az

1Sources