Azərbaycanlı müğənni Sevda Əliqızı şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sənətçi həm özünün, həm də oğlunun ailə həyatından danışıb.
Müğənni bildirib ki, ilk evliliyi qohumu ilə olsa da, bu nikah uzunömürlü olmayıb. Onun sözlərinə görə, qohum evliliyinin həmişə uğurlu nəticə vermədiyini şəxsi həyatında görüb.
Sevda Əliqızı qeyd edib ki, oğlu da birinci dəfə yaxınlarının məsləhəti ilə ailə qurub. Müğənninin sözlərinə görə, həmin evlilik də uğursuz nəticələnib. Bununla belə, o nikahdan dünyaya gələn nəvələrinin olduğunu və onların ailənin ən böyük sevinci olduğunu vurğulayıb.