EN

Azərbaycanda bu kəndlərin adı dəyişdirilir

14:47 11.03.2026
14:47 11.03.2026

Azərbaycanda 3 kəndin adı dəyişir.

Bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.


Chosen
4
26
mynews.az

10Sources