"Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir, bu bir reallıqdır. Biz buradan çıxış edərək işlərimizi qurmalıyıq".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, Azərbaycanda fermerlərinin birgə fəaliyyətinə, hansısa formada torpaqların birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq.
Onun sözlərinə görə, Azərbaycan inkişaf etdikcə kənd təsərrüfatında məşğul əhali sayı azalacaq.
Mürtəza