Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirəcək.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, mədəkiçiltmə əməliyyatından sonra yenidən kökəlib:
"Mədəkiçiltmə etdirdim, amma sonra kökəldim. İndi ciddi pəhrizə başladım. Gördüm kökəlmək çoxalır, qarşısını almalıyam. Düşünürəm ki, 5 kiloqram çəki atım, sonra bədənşəkilləndirmə əməliyyatı etdirəcəyəm".
Qeyd edək ki, M.İsgəndərli bir müddət əvvəl üzgərdirmə əməliyyatı da etdirib.
"Cebheinfo.az"