EN

Donetskdə 68 gün təkbaşına vuruşdu, “Rusiya Qəhrəmanı” adını aldı

Rusiya prezidenti Vladimir Putin Donetsk vilayətinin Qrişino yaşayış məntəqəsində 68 gün mövqeyi təkbaşına müdafiə edən 21 yaşlı əsgər Sergey Yaraşevi təltif edib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

“Hərbi borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə sıravi əsgər Sergey Romanoviç Yaraşevə Rusiya Federasiyası Qəhrəmanı adı verilir”, - fərmanda bildirilir.

Bölgənin rəhbəri Denis Puşilin bu şücaət barədə Putinə məlumat verib. Onun sözlərinə görə, Samara sakini Ukrayna Silahlı Qüvvələrinin hücumlarına baxmayaraq, Qrişino yaxınlığındakı bir istehkama nəzarət edib. O, dronlar vasitəsilə sursat və təchizatla təmin edilib və nəticədə duruş gətirə bilib. Daha sonra təxliyə edilib və həkimlər onun üzərində mürəkkəb əməliyyat aparıblar.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bildirib ki, əsgər xəstəxanada sağalır və lazımi yardım alır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
29
herbiand.az

1Sources