EN

İtaliya Baş naziri İranda qızlar məktəbinə raket zərbəsini qınayıb

İtaliya Baş naziri Ciorcia Meloni İranın Minab şəhərində qızlar məktəbinə raket zərbəsini qınayıb, ölənlərin yaxınları ilə həmrəylik ifadə edib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, o, parlamentdə bu məsələyə toxunub.

“Bu faciəyə görə məsuliyyət daşıyanların tezliklə müəyyən edilməsini tələb edirəm”, - Baş nazir bildirib.

Eyni zamanda, Meloni qeyd edib ki, İran nüvə silahı ilə yanaşı, raket imkanlarına da malik ola bilməz.

Qeyd edək ki, fevralın 28-də qızlar məktəbinə endirilən raket zərbəsi nəticəsində 165 nəfər ölüb.

"Cebheinfo.az"

Chosen
70
4
cebheinfo.az

6Sources