Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"İranın regiondakı ölkələrə zərbə endirmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur”
“İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirməyə davam edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində deyib.
"İran İslam Respublikasının regiondakı ölkələrə zərbə endirmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. Yalnız ərazimizə hücumların edildiyi bazalar özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq", - Pezeşkian qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.