EN

Yalnız yaradıcılığı ilə milyarder olan ilk müğənni: Teylor Sviftin sərvəti açıqlandı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-li məşhur müğənni Teylor Sviftin sərvəti 2026-cı ilə 2 milyard dollara çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Forbes" jurnalı məlumat verir.

Məlumata görə, o, 2023-cü ilin oktyabr ayında "Eras Tour"dan qazandığı gəlirlər və özünün musiqi kataloqunun dəyəri sayəsində milyarder olub.

Jurnalın qeyd etdiyinə görə, Teylor Svift milyarderlər reytinqinə daxil olan ilk musiqiçidir ki, buna ilk növbədə öz yaradıcılığı və konsert fəaliyyətləri sayəsində nail olub. Onun sərvəti təxminən 800 milyon dollar təşkil edir. Bu sərvətə royaltilər (müəllif hüquqları sahibinə onun əqli mülkiyyətindən - musiqi, kitablar, patentlər, proqramlar və s.-dən istifadə üçün dövri və ya birdəfəlik edilən ödənişlər - red.) və qastrol səfərlərindən əldə edilən gəlirlər, eləcə də təxminən 600 milyon dollar dəyərində musiqi kataloqu və təxminən 110 milyon dollar dəyərində daşınmaz əmlak daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
oxu.az

1Sources