EN

QHT layihə nəticələrini CNN və BBC-də təqdim edəcək?

Builki layihələrin təhlilində qəribə mənzərələrlə də qarşılaşmışıq.

QHT.az xəbrə verir ki, bu məlumatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva  AZƏRTAC-a müsahibəsində açıqlayıb.

"Məsələn, QHT-lərdən biri layihəsində Qarabağda və Naxçıvanda yaşayan gənclərlə sıx işləmək istədiyini bildirib, amma icra planında nəzərdə tutduğu tədbirlərin heç birinin həmin ərazilərdə olmadığı müəyyən edilib, tədbirlər Sumqayıtda keçiriləcəkmiş. Fəaliyyəti dövründə bir dəfə də olsun xarici media ilə iş təcrübəsi olmayan QHT-lərdən biri isə icra planında layihə nəticələrini CNN və BBC-də təqdim edəcəyini iddia edib. Yaxud, Özbəkistan haqqında layihə təqdim etmiş QHT-lərdən biri icra planında Qazaxıstanın mövzuya aidiyyəti olmayan lokal QHT-ləri ilə işləyəcəyini bildirib. Təbii ki, bu cür layihələr uğur qazana bilməz."

Chosen
55
qht.az

1Sources