EN

“Sabah”dan ən böyükhesablı ev qələbəsi

“Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

Peşəkar Futbol Liqasından "Unikal"a bildirilib ki, Bakı klubu Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də “Sabah”ın ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/2023-cü illər mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “bayquşlar” eyni uğuru evdə təkrarlayıb.

“Sabah” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qola imza atıb.

Chosen
32
12
unikal.az

10Sources