EN

AYNA-da departament direktoru təyin edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yeni kadr təyinatı olub.

"Cebheinfo.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Çinarə Fətəliyeva AYNA-nın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ç.Fətəliyeva yeni təyinatadək aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətində İnsan Resursları Əməliyyatları və Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

"Cebheinfo.az"

Chosen
52
13
cebheinfo.az

10Sources