EN

İran 2 tonluq "Xürrəmşəhr"ləri işə saldı - Ən güclü hücuma başladı

İran, İsrail və ABŞ-a qarşı hərbi əməliyyatlarını daha sərt şəkildə davam etdirəcəyini açıqlamışdı.

Moderator.az xəbər verir ki, indiyə qədər ancaq yüngül başlıqlı raketlərdən istifadə edən İran hücumlarda artıq 1 tondan daha ağır başlıqlı raketlərdən istifadə etməyə başlayıb.  

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Hava Qüvvələri Komandanı Hüseyn Məcid Musəvi bildirib ki, bundan sonra əməliyyatlarda yalnız ağır başlıqlı raketlərdən istifadə olunacaq. Komandanın açıqlamasından dərhal sonra iki ton ağırlığında “Xürrəmşəhr” adlı ballistik raketin tətbiq olunduğu və əməliyyatın təxminən üç saat davam etdiyi bildirilib.

Rəsmi Tehran televiziya kanalları vasitəsilə “İnqilab Keşikçiləri Korpusu"nun rəsmi bəyanatı yayımlanıb. Bəyanatda İran qüvvələrinin əməliyyatı İsrailin Tel‑Əviv şəhərinin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfa şəhərlərindəki hərbi obyektlər, İraqın Erbil şəhərindəki ABŞ hədəfləri və bölgədə yerləşən ABŞ‑ın 5‑ci Dəniz Donanması üzərində reallaşdırdığı qeyd edilib.

Bu, İranın başladığı müharibə əməliyyatları dövründə ən ağır və intensiv bombardman olduğu vurğulanıb. “İnqilab Keşikçiləri Korpusu"nun rəhbərliyi hücumların eyni əzmkarlıq və güclə davam etdiriləcəyini bəyan edib.

Bəyanatın sonunda əlavə olunub ki, savaşın məqsədi düşmənin tam şəkildə təslim olmasıdır və ölkənin üzərindəki müharibə kölgəsi aradan qalxana qədər əməliyyatlar dayandırılmayacaq.

İran təhlükəsizlik mənbələri, həmçinin 1,5 tonluq başlığa malik raketlərin Tel‑Əvivin mərkəzini vurduğunu bildirib. 

Rumiyyə

 

 

Chosen
28
1
moderator.az

2Sources