EN

“Şəmkir” “Xankəndi”ni, PFL və “Xankəndi” “Şəmkir”i günahkar görür forma qalmaqalı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Srağagün 2-ci liqada arzuolunmaz hadisə baş verib. Belə ki, 17-ci turun martın 9-u, saat 15.00-da start götürməli olan “Şəmkir” – “Xankəndi” oyunu baş tutmayıb. Səbəb isə komandaların forma rənglərindəki oxşarıqdı. Saatyarım gözlədikdən sonra “Xankəndi” nömrəsiz “Barselona” forması ilə oynamağa hazır olduğunu bildirib.Bu hadisə ilə bağlı həm PFL, həm də adı çəkilən klublar bəyanat yayıb. Maraqlıdı ki, “Şəmkir” “Xankəndi”ni, “Xankəndi” və PFL isə “Şəmkir”i günahkar görür. “Xankəndi”nin dünən yaydığı bəyanatda isə bu klubun oyunun keçirilməsi üçün üzərinə düşən bütün addımları atdığı vurğulanır. “Şəmkir”in bu hadisə ilə bağlı versiyası tam fərqlidi.Ümumiyyətlə, tərəflərin mövqeyi bir-birindən kəskin şəkildə fərqlənir. Xüsusən də “Xankəndi”nin Şəmkirə ehtiyat forma ilə gəldiyini bildirməsi, amma həmin formaların arxa hissəsində nömrənin olmaması maraqlı məqamdı. Başqa bir maraqlı məqam isə PFL-in birmənalı şəkildə “Xankəndi”nin tərəfini tutmasıdı. Hər şeydən belə görünür ki, bu olaya görə məhz “Şəmkir”ə texniki məğlubiyyət veriləcək.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
icma.az

2Sources