Bakı.Trend:
Azərbaycan Respublikasının görkəmli ictimai-siyasi və dövlətxadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru HəsənHəsənovun müəllifi olduğu “Atropatena/Adorbayqan adlı dövlətinyaranması” kitabının təqdimat mərasimi keçirilib.
Trend xəbərverir ki, təqdim olunan nəşrdə Azərbaycanın qədim dövlətçiliktarixinin mühüm mərhələlərindən biri olan Atropatena/Adorbayqanadlı ölkənin yaranmasından öncə olan hadisələr, ölkənin mənşəyi vəsərhədlərinin müəyyənləşdirilməsi, ölkənin yaranmasından sonra başverən hadisələr qədim mənbələrə və tarixi faktlara istinad edilərəkoxucu kütləsinə çatdırılıb.
Təqdimat mərasimində çıxış edən müəllif kitabın elmi və tarixiəhəmiyyəti, nəşrin hazırlanma prosesi və əsas elmi tezislərihaqqında qonaqlara ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baştutan tədbirin yekununda kitabın imzalanma mərasimi keçirilib vəqonaqlar müəlliflə xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Həsən Həsənovun müxtəlif ölkələrdə çap olunan“Tarixin hədəfi” (2004), “Dünya sivilizasiya tarixində genezisproblemi” (2005), “Birinci Respublikaya doğru” (2010), “Qız qalası”(2014), “Makedoniyalı İsgəndər və Atropat” (2017), “Azərbaycanıntarixi-coğrafi atlası”, “Azərbaycanın tarixi-etnoqrafik atlası”(2025) və b. kitabları müasir Azərbaycan tarixşünaslıq elminə cidditöhfədir. Eyni zamanda o, Azərbaycanda siyasi memuarın ilknümunələrindən olan “Heydər Əliyev: parlaq və xarizmatik şəxsiyyəthaqqında xatirələr” (2023) kitabının müəllifidir. “Qürbətdənməktublar/Brüsseldən məktublar” pyesi iyirmi ildən çoxdur ki,Azərbaycan Akademik Dram teatrının repertuarında yer tutur.