ABŞ, İranın bölgədən neft gəmilərinin keçdiyi Hörmüz boğazını minalamaq niyyətində olduğu barədə xəbərlər fonunda 16 mina gəmisi də daxil olmaqla, İran gəmilərinə bir sıra zərbələr endirib.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı 10 mart tarixində rəsmi sosial media hesabında məlumat verib.
Hörmüz boğazı yaxınlığında İran mina gəmilərinin məhv edilməsini ABŞ prezidenti Donald Tramp da sosial media hesabı TruthSocial-da təsdiqləyib. Komandanlıq mina gəmilərinə endirilən zərbələrin videosunu da yayımlayıb.