EN

Zelenski Aİ-nin ən ali ordenini aldı


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) ən ali ordeni - “Xidmətlərə görə” ordeni ilə təltif edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu mükafat ilk dəfə Avropa Parlamenti tərəfindən təqdim olunur və Avropa dəyərlərinin təşviqinə əhəmiyyətli töhfələr verənlər üçün nəzərdə tutulub.
Digər tərəfdən, Almaniyanın keçmiş kansleri Angela Merkelə və Polşanın keçmiş prezidenti Lex Valensaya yenə Aİ-nin ən yüksək mükafat - “Ordenin Fəxri Üzvü” mükafatı verilib.
İkinci dərəcəli “Ordenin Fəxri Üzvü” mükafatı isə Moldova prezidenti Maya Sanduya, Vatikanın dövlət katibi Pyetro Parolinə və Finlandiyanın keçmiş prezidenti Sauli Niinistöyə təqdim edilib.
Chosen
31
yeniavaz.com

1Sources