EN

Bizim fikirlərimizin mahiyyəti dövlətin maraq və mənafeyinə xidmət edir



Feysbukçu olmaqla siyasətçi olmaq arasındakı fərqin mahiyyətini dərk etmək lazımdır ki, yazılan hər statusun mənasını başa düşə biləsən. Siyasi arenada yazılan hər söz bir neçə məna, mesaj xarakteri daşıyır. Məsələ ondadır ki, yazılan hər yazını hərfi mənada başa düşən feysbukçulardan fərqli olaraq dediyimiz hər fikrin müəyyən dairələrə, ölkənin həmin məqamda siyasətinə uyğun, ölkələrə mesaj verdiyi, fikir çatdırdığı bir gerçəklikdir.
Siyasi insan olaraq fikirlərimizin həm ölkə daxilində, həm də ölkədən kənarda izlənildiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, bizim fikirlərimizin mahiyyəti ilk növbədə dövlətin maraq və mənafeyinə xidmət edir. Ola bilər ki, hansısa məqam üçün hətta dövlətin rəsmi xətti ilə üst-üstə düşməyə də bilər. Amma əksər hallarda dövlətin deməsi yerində olmayacağı məsələləri müxalifətin deməsi verilən mesajı yenə də lazımı dairələrə çatdırmağa bəs edir.
Ona görə də bizim fikirlərimizə daha çox geniş aspektdən yanaşıb, fikir bildirmək lazımdır. Biz, elə olur ironiya ilə, ələ olur açıq tekstlə, elə də olur ki, müəyyən dairələrə bilavasitə mesaj vermək üçün adlı fikirlər bildiririk ki, bu da həmin dairələrin bizim istəklərimizi eşitməsinə hesablanır.
Son olaraq dostlardan bəzilərinin mənim verdiyim proqnozların heç birinin doğru olmadığı fikrinə heç nə yazmıram. Çünki bunun üçün gərək uzun-uzadı yazı yazım. Məni izləyən dostlar güman edirəm ki, bu barədə fikir bildirərlər.
Chosen
51
1
newscenter.az

2Sources