EN

Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Martın 10-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Chosen
48
17
missiya.az

10Sources