EN

Hörmüz boğazı faktoru İranın mövqeyini gücləndirir



Hörmüz boğazı faktoru İranın mövqeyini bu gün gücləndir, 2022-ci ildə “Şimal Axını” qaz boru kəməri də Rusiyanın əlini ən gücləndirən silah idi. Çünki, bu boru kəməri bizim TAP-dan 10 dəfə çox, yəni 110 milyard kubmetr qaz ötürmək gücünə malik idi. Avropa və əsas da Almaniya üçün həyati əhəmiyyət kəsb edirdi.
Amma nə baş verdi?
Dünyanın ən böyük Qaz Boru Kəməri olan Şimal Axını boru kəməri Baltik dənizin dibində 2022-ci ilin sentybr ayında partladılaraq sıradan çıxarıldı. Bu günə qədər hələ də bunun necə baş verməsi barədə isbatlanmış fikir yoxdur.
Almaniyanın təşviqi ilə Rusiyadan Almaniya uzananan bu kəmər Angela Merkelin ən böyük strateji səhvi kimi tarixə düşdü.
Hörmüz boğazı kartının neyrallaşdırılması isə partlayışla yox, keçiddə təhlükəsizliyin təmin edilməsilə mümkündür. Bu isə hazırda daha çətindir.

Eldəniz Əmirov, iqtisadçı
Chosen
30
2
newscenter.az

3Sources