Azərbaycan Premyer Liqası XXIII turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Neftçi” – “Turan Tovuz” görüşüdür. Matçı tribunalardan 4200 fanat izləyib.
Turun ən az maraq göstərilən oyunu isə “Zirə” – “Kəpəz” qarşılaması olub. Görüşdə 400 azarkeş qeydə alınıb.
Digər matçlardakı tamaşaçı sayı belədir:
“Karvan Yevlax” – “Sumqayıt” – 1500
“Qarabağ” – “Araz Naxçıvan” – 3200
“Şamaxı” – “İmişli” – 500
“Sabah” – “Qəbələ” – 500