EN

Bu ölkənin prezidenti Azərbaycana gəldi – FOTO

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

KONKRET.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Jose Ramos-Horta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunda iştirak edəcək dünya liderləri və yüksək səviyyəli qonaqlar sırasındadır. Forum çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.

le

Chosen
41
14
konkret.az

10Sources