EN

KİV: ABŞ İranın Xark adasını ələ keçirməklə üstünlük əldə edə bilər

BAKI, 11 mart. TELEQRAF

ABŞ İranın Xark adasını ələ keçirməklə ölkə üzərində ciddi təsir imkanları əldə edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İranın Fars körfəzində yerləşən və ölkə sahillərindən təxminən 24 kilometr məsafədə olan Xark adasında əsas neft ixrac terminalı yerləşir. Bildirilir ki, İranın xam neft ixracının təxminən 94 faizi məhz bu terminalın payına düşür.

Qəzetin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir bu ərazini İranın zəif nöqtələrindən biri hesab edir. Nəşr qeyd edir ki, adanın ələ keçirilməsi İranın neft sənayesi və maliyyə sisteminə nəzarət imkanları yarada bilər.

Məqalədə həmçinin bildirilir ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi bombardmanlar zamanı bu bölgə hələlik hədəf alınmayıb.

Chosen
46
teleqraf.com

1Sources