EN

İran İsrail və ABŞ obyektlərinə qarşı 37-ci hücum dalğasını ən güclüsü adlandırdı

BAKI, 11 mart. TELEQRAF

İran İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinə qarşı həyata keçirilən son hücum dalğasının münaqişə başlayandan bəri ən genişmiqyaslı əməliyyat olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, “Doğru vəd-4” əməliyyatının 37-ci dalğası çərçivəsində keçirilən hücumlar gecə saatlarında baş tutub və İranın regiondakı düşmən qüvvələrinə qarşı indiyədək ən böyük əməliyyatı sayılır. Bildirilir ki, raketlər və pilotsuz uçuş aparatlarının istifadə edildiyi bir neçə hücumun ümumi müddəti azı üç saat davam edib.

Qeyd olunub ki, hücum zamanı “Xorrəmşəhr” tipli ağır raketlərdən istifadə edilib. Bu çərçivədə Təl-Əviv yaxınlığında yerləşən peyk rabitə mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri hədəfə alınıb.

Bundan əlavə, İran dövlət televiziyasının məlumatına görə, ABŞ-yə məxsus bir sıra hədəflər də vurulub. Onların arasında İraqın Ərbil şəhərində və Küveytdə yerləşən ABŞ hərbi bazaları da var.

Chosen
46
teleqraf.com

1Sources