Bakı. Trend:
“Barselona” klubu “Kamp Nou” stadionu üçün Barselona ŞəhərŞurası tərəfindən verilmiş 1C lisenziyasını alıb.
Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu lisenziya stadionun tamaşaçı tutumunun 45 mindən 62 minəqədər artırılmasına imkan verir.
Bildirilib ki, bu mərhələ əsasən stadionun birinci və ikincimərtəbələri arasında yerləşən VIP zonaların və istirahətotaqlarının inkişafına yönəlib. Layihə çərçivəsində əlavəqonaqpərvərlik zonalarının yaradılması da nəzərdə tutulur.
Məlumata görə, bu mərhələ stadionun cənub hissəsində yerləşən vəstadionun tarixi açılış ilinin şərəfinə “Qol 1957” adlandırılanyeni fan zonasının inkişafını da əhatə edir. Bu məkan oyunlarzamanı azarkeşlərin atmosferi və dəstəyi artırması üçün nəzərdətutulub.