EN

İrana quru qoşunlarının yeridilməsi fəlakətlə nəticələnər – Senator Kris Mörfi

Quru qoşunları yeritmədən İranın nüvə proqramını məhv etmək mümkün deyil.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin demokrat senatoru Kris Mörfi məlumat verib.

Senator ABŞ administrasiyasının İranla bağlı keçirdiyi iki saatlıq qapalı hərbi brifinqdən sonra kəskin açıqlamalar verib.

O, ölkəsinin hazırkı siyasətini “ardıcıl olmayan və qeyri-müəyyən” adlandıraraq, Vaşinqtonun bəyan etdiyini hədəflərə çatmasının qeyri-mümkün olduğunu bildirib.

“Mən indicə hərbi mövzuda keçirilən iki saatlıq qapalı brifinqdən qayıtmışam. Bu, vəziyyətin tamamilə məntiqsiz olduğu barədə fikrimi bir daha təsdiqlədi.

Biz qarşıya qoyduğumuz məqsədlərin heç birinə nail ola bilməyəcəyik. Əslində, İranın nüvə proqramını məhv etmək üçün bizim real imkanımız yoxdur, çünki bu infrastrukturun böyük hissəsi yerin altında yerləşir”, – senator vurğulayıb.

Kris Mörfi əlavə edib ki, nüvə obyektlərinə təsir etməyin yeganə yolu genişmiqyaslı quru əməliyyatına başlamaqdır.

Lakin o, yerüstü müdaxilənin fəlakətli nəticələrə yol açacağını və Amerika xalqı tərəfindən qətiyyən dəstəklənmədiyini diqqətə çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
126
interpress.az

1Sources