EN

Vaşinqtonda GİZLİ BRİFİNQ: Senator İrana qoşun yeridilməsi ehtimalından QORXUR – VİDEO

ABŞ İrana quru qoşunları yeridə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-nin demokrat senatoru Riçard Blümental Tramp administrasiyasının ABŞ-İran müharibəsi ilə bağlı Senatda keçirdiyi brifinqdən sonra sarsıdıcı bəyanatla çıxış edib.

O, mövcud vəziyyətdən ciddi şəkildə narahat olduğunu və Vaşinqtonun İrana quru qoşunları yeritmək məcburiyyətində qala biləcəyini vurğulayıb.

“Deməliyəm ki, bu brifinqdən sonra heç vaxt olmadığı qədər qorxuram… Ola bilsin ki, biz quru bölmələrini döyüşə cəlb etməli olacağıq. Administrasiyanın qarşısına qoyduğu görünən məqsədlərə nail olmaq üçün ABŞ qoşunları zəruri ola bilər”, – senator qeyd edib.

Senatorun sözlərinə görə, Ağ Evin hədəfləri ilə bağlı hələ də qeyri-müəyyənlik hökm sürür.

O bildirib ki, prioritetlərin nə olduğu — İranın nüvə potensialının məhv edilməsi, raketlərinin sıradan çıxarılması, rejim dəyişikliyi, yoxsa onların terror fəaliyyətinin dayandırılması olduğu hələ də tam aydın deyil.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
30
interpress.az

1Sources