EN

UEFA Çempionlar Liqasının: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

Bakı, 11 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Qalatasaray” İstanbulda İngiltərə klubu “Liverpul”u minimal hesabla məğlub edib. Daha bir İngiltərə komandası “Totenhem” isə səfərdə İspaniya təmsilçisi “Atletiko”ya uduzub – 2:5. Daha bir bol qollu matç “Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) oyununda qeydə alınıb. Ev sahibinin qapısının torunu 6 dəfə silkələyən “Bavariya” bunlardan yalnız birinə cavab ala bilib – 6:1. Pley-off mərhələsində “Qarabağ”ı məğlub edərək növbəti mərhələyə adlayan “Nyukasl” doğma meydanında İspaniya nəhəngi “Barselona ilə heç-heçə edib – 1:1.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-i və 12-də baş tutacaq.

Chosen
66
4
azertag.az

5Sources